Azərbaycanda ispan yazıçı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb

Azərbaycanda ispan yazıçı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb
# 11 iyun 2018 09:02 (UTC +04:00)

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – məşhur ispan yazıçı, Nobel mükafatı laureatı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

XX əsr İspaniya ədəbiyyatının klassiki sayılan Sela, yaradıcılığı boyu bədii ədəbiyyatın müxtəlif janrlarında (şeirlər, hekayələr, romanlar) yazıb-yaratsa da, dünya ədəbiyyatı tarixinə romanlar müəllifi kimi daxil olub.

Yazıçının ilk dəfə Azərbaycan dilində işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabına dünyaca məşhur “Paskual Duartenin ailəsi”, “Arı yuvası” (1951) və “İki ölü üçün mazurka” (1983) romanları daxil edilib.

Kitabı Azərbaycan dilinə tanınmış Azərbaycan yazıçısı Saday Budaqlı çevirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR