Tbilisidə etirazçıların çadırları mərkəzi prospektdən götürülüb

Tbilisidə etirazçıların çadırları mərkəzi prospektdən götürülüb
# 11 iyun 2018 10:34 (UTC +04:00)

Tbilisdə etirazçıların Rustaveli prospektində qurduğu üç çadır polis əməkdaşları tərəfindən yığışdırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, çadırlar parlamentin binası qarşısına daşınıb. Rustaveli prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

Bundan öncə çadırlardan birində etirazçılar arasında mübahisə baş verib. Polis əməkdaşları mübahisəyə müdaxilə edərək üç şəxsi saxlayıb. Etirazçılar arasında fikir ayrılığı səbəbindən mübahisənin yarandığını bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR