Lukaşenko: "Belarus-Azərbaycan münasibətləri dayanıqlı strateji tərəfdaşlıq əlaqələrinin ən yüksək səviyyəsinə çatıb"

Lukaşenko: "Belarus-Azərbaycan münasibətləri dayanıqlı strateji tərəfdaşlıq əlaqələrinin ən yüksək səviyyəsinə çatıb"
# 11 iyun 2018 12:17 (UTC +04:00)

“Əminəm ki, qarşılıqlı etimada əsaslanan Belarus-Azərbaycan münasibətləri hər iki xalqın rifahı naminə gələcəkdə də dinamik şəkildə inkişaf edəcək”.

APA-nın Belarus prezidentini saytına istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubda deyilir.

Məktubda bildirilir ki, Belarus-Azərbaycan münasibətləri son illər dayanıqlı strateji tərəfdaşlıq əlaqələrinin ən yüksək səviyyəsinə çatıb: “Hər iki dövlət çoxtərəfli arenalarda məhsuldar əməldaşlıq edir, vacib beynəlxalq məsələlərdə həmrəy mövqe sərgiləyir. Birgə səylər nəticəsində əməkdaşlığın sarsılmaz iqtisadi bünövrəsi qurulub, sənaye sahəsində bir sıra layihələr həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR