“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb

“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
# 11 iyun 2018 13:58 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 37 513 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 22 838-i Bakı, Abşeron və Sumqayıt, 14 675-i isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 132 821-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR