Ötən il avtomobil nəqliyyatı ilə daşımalardan 1,3 mlrd. manat gəlir əldə olunub

Ötən il avtomobil nəqliyyatı ilə daşımalardan 1,3 mlrd. manat gəlir əldə olunub
# 11 iyun 2018 14:25 (UTC +04:00)

Ötən il avtomobil nəqliyyatı ilə daşımalardan əldə olunan gəlir 1 mlrd. 273,879 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

H. Həsənovun sözlərinə görə, ötən il bu sahə üzrə orta aylıq nominal əməkhaqqı təxminən 600 manat olub.

“Ötən il avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb. Göstərilən statistik rəqəmlər ölkə iqtisadiyyatının inkişafında avtomobil nəqliyyatının rolunun əyani göstəricisidir,” - deyə H. Həsənov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR