DÇ-2018: Zədələnən Pike millinin bazasını tərk edib

DÇ-2018: Zədələnən Pike millinin bazasını tərk edib
# 11 iyun 2018 15:51 (UTC +04:00)

“Barselona” və İspaniya millisinin müdafiəçisi Jerar Pike sol dizindən zədələnib. Apasport.az saytının sport.es-ə istinadən məlumatına görə, stoper məşqi davam etdirə bilməyib.

Hadisələrin davamı olaraq Pike İspaniya yığmasının Krasnodar şəhərində yerləşən bazasını tərk edib.

Dünya çempionatının startı ərəfəsində riskə getmək istəməyən baş məşqçi Xulen Lopeteqinin tədbir əlaməti olaraq Pikenin məşqi davam etdirməsinə icazə vermədiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR