Rövnəq Abdullayev: "Cənub Qaz Dəhlizinin maliyyələşməsi ilə bağlı heç bir problem yoxdur"

Rövnəq Abdullayev: "Cənub Qaz Dəhlizinin maliyyələşməsi ilə bağlı heç bir problem yoxdur"
# 11 iyun 2018 15:54 (UTC +04:00)

“Cənub Qaz Dəhlizinin gələcəkdə maliyyələşməsi ilə bağlı heç bir problemimiz yoxdur”.

Bunu APA-nın Türkiyə müxbirinin sualını cavablandıran SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

İqtisadi cəhətdən Cənub Qaz Dəhlizini böyük layihə adlandıran R.Abdullayev bildirib ki, dünyada nüfuzlu bəzi banklar və maliyyə təşkilatları bu layihənin maliyyələşməsində iştirak edir.

“İndi artıq maliyyələşmə başa çatıb və mən deyərdim ki, təklif çoxdur və hələ istifadə etmədiyimiz əlavə böyük maliyyə dəstəyi portfelləri qalmaqdadır”, - deyə R.Abdullayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR