“Sumqayıt” Elvin Məmmədovla 1 illik müqavilə imzalayıb

“Sumqayıt” Elvin Məmmədovla 1 illik müqavilə imzalayıb
# 11 iyun 2018 15:56 (UTC +04:00)

“Sumqayıt” Əfran İsmayılovun ardından daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Elvin Məmmədov “gənclik şəhəri” təmsilçisi ilə gözlənilən sözləşməyə qol çəkib.

Belə ki, ötən mövsümü “Qəbələ”də keçirən yarımmüdafiəçi anlaşmaya əsasən, qarşıdakı mövsümdə “Sumqayıt”ın formasını geyinəcək.

Qeyd edək ki, Elvin Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı, karyerası ərzində “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Məmmədov yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR