Azərbaycan prezidenti filippinli həmkarını təbrik edib

Azərbaycan prezidenti filippinli həmkarını təbrik edib
# 11 iyun 2018 16:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Filippin prezidenti Rodriqo Rao Duterteyə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə və dost Filippin xalqına ən xoş arzularımı yetirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR