Hikmət Hacıyev: “Ermənistan XİN bu açıqlamalarla münaqişə tərəfi olduğunu bir daha təsdiq edir”

Hikmət Hacıyev: “Ermənistan XİN bu açıqlamalarla münaqişə tərəfi olduğunu bir daha təsdiq edir”
# 11 iyun 2018 18:14 (UTC +04:00)

"Ermənistanın xarici işlər naziri Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının iclasındakı çıxışı və Ermənistan XİN-nin cəbhədəki vəziyyətlə əlaqədar açıqlaması ziddiyyətli xarakter daşıyır və özü-özünü ifşa edir".

Bu sözləri APA-ya açıqlamasında Ermənistan xarici işlər nazirinin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının xarici işlər nazirləri şurasının iclasında çıxışına və Ermənistan XİN-nin cəbhədəki vəziyyətlə əlaqədar şərhinə münasibət bildirən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, bir tərəfdən münaqişədə tərəfi kimi ölkəsinin məsuliyyətini gizlətməyə çalışan Ermənistan XİN rəhbəri digər tərəfdən bu açıqlamalarla Ermənistanın münaqişə tərəfi olduğunu bir daha təsdiq edir: "Məntiqi sual ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının Azərbaycanın suveren ərazilərində nə işi vardır? Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və ərazi ekspansiya siyasətinin nəticəsi olaraq Ermənistan gəncləri həyatlarının ən formativ dövrlərini səngərlərdə keçirməyə və işğal siyasətinə xidmət etməyə məcbur edilirlər.

Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu qoşunların təmas xətti boyunca insidentlərin və təxribatların yaranmasının əsas səbəbidir və regional sülh üçün ciddi təhlükədir. Bu kimi halların baş verməsinin qarşısını almaq üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və işğal siyasətinə son qoyulmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh və sabitliyi təmin etmək mümkündür".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR