Rusiyada mikroavtobus dirəyə çırpılıb, 13 nəfər xəsarət alıb

Rusiyada mikroavtobus dirəyə çırpılıb, 13 nəfər xəsarət alıb
# 11 iyun 2018 21:46 (UTC +04:00)

Rusiyanın Stavropol şəhərində ağır yol qəzası baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin mikroavtobusu şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dirəyə çırpılıb.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR