Rusiyada barja ilə katamaranın toqquşması nəticəsində 10 nəfər ölüb - YENİLƏNİB

Rusiyada barja ilə katamaranın toqquşması nəticəsində 10 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 12 iyun 2018 00:14 (UTC +04:00)

Rusiyanın Volqoqrad şəhərində Volqa çayında barja ilə katamaranın toqquşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyi xəbər verib.

Məlumata əsasən, qəza zamanı katamaranın göyərtəsində 16 nəfər olub. 5 nəfərin xilas edildiyi bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub, qəzanın səbəbləri araşdırılır.

***

00:40

Rusiyanın Volqoqrad şəhərində Volqa çayında barja ilə katamaran toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər xilas olunub. 9 nəfərin taleyi naməlum olaraq qalır.

Hadisə yerində xilasedici əməliyyat davam edir. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR