Azərbaycan hökuməti iki neft yatağı ilə bağlı sazişə təminat verib, öhdəliklərini təsdiqləyib

Azərbaycan hökuməti iki neft yatağı ilə bağlı sazişə təminat verib, öhdəliklərini təsdiqləyib
# 11 iyun 2018 22:42 (UTC +04:00)

Azərbaycan hökuməti iki neft yatağı ilə bağlı sazişə təminat verib, öhdəliklərini təsdiqləyib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarlar qəbul edib.

Qərarlara əsasən “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Əşrəfi-Dan ulduzu Aypara BV və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”ə və “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Qarabağ BV və SOCAR QARABAĞ LLSİ arasında Risk Xidmət Sazişi”nə Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR