Almaniya XİN rəhbəri: "Normand dördlüyü”nün görüşündə konstruktiv və açıq dialoq aparılıb”

Almaniya XİN rəhbəri: "Normand dördlüyü”nün görüşündə konstruktiv və açıq dialoq aparılıb”
# 12 iyun 2018 01:41 (UTC +04:00)

“Normand dördlüyü” ölkələrinin XİN rəhbərləri Berlində detallı, konstruktiv və açıq dialoq aparıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas bəyan edib.

“Müxtəlif məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq. Bütün tərəflər bir daha atəşkəs rejiminə sadiq olduqlarını bildiriblər. Buna qüvvələrin geri çəkilməsi, ağır silahların cəbhə xəttindən çıxarılması, minalardan təmizlənmə prosesi, ATƏT müşahidəçilərinin müdafiəsi və onların müvafiq ərazilərə daxil ola bilməsi daxildir. O ki qaldı siyasi məsələlərə, Donbasda yerli seçkilərin keçirilməsi ilə bağlı 2016-cı ildə dayandırılan məsləhətləşmələrin bərpasına dair razılığa gəlinib ”, deyə X.Maas qeyd edib.

Qeyd edək ki, ötən gün Almaniyanın paytaxtında "Normand dördlüyü" xarici işlər nazirlərinin görüşü keçirilib. Nazirlər Ukraynada münaqişənin nizamlanma yollarını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR