Tramp Yaponiya və Cənubi Koreyanın liderləri ilə KXDR ətrafında vəziyyəti müzakirə edib

Tramp Yaponiya və Cənubi Koreyanın liderləri ilə KXDR ətrafında vəziyyəti müzakirə edib
# 12 iyun 2018 02:19 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe və Cənubi Koreya prezidenti Mun Çje Inla telefon danışığı aparıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, söhbət zamanı KXDR ətrafında vəziyyəti müzakirə edilib.

“Tərəflər Sinqapurda keçiriləcək görüşdən sonra sıx əlaqədə işləmək barədə razılığa gəliblər”, məlumatda deyilir.

Qeyd edək ki, bu gün Sinqapurda Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR