Kubada iki yük maşını toqquşub, 36 nəfər xəsarət alıb

Kubada iki yük maşını toqquşub, 36 nəfər xəsarət alıb
# 12 iyun 2018 03:28 (UTC +04:00)

Kubanın şərqindəki Qranma əyalətində ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Bayamo şəhəri yaxınlığında yük avtomobili insanları daşıyan digər yük maşını ilə toqquşub.

Məlumata əsasən, qəza nəticəsində 36 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ağır yaralanan 3 nəfərin xəstəxanaya çatdırıldığı bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR