Dünya Bankı: Azərbaycanda dövlət müəssisələrinin strateji formatı müəyyənləşdirilməlidir

Dünya Bankı: Azərbaycanda dövlət müəssisələrinin strateji formatı müəyyənləşdirilməlidir
# 12 iyun 2018 09:14 (UTC +04:00)

"Azərbaycanda dövlət müəssisələrinin strateji formatının müəyyənləşdirilməsini tövsiyə edirik".

"APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının böyük maliyyə idarəetmə mütəxəssisi Natalia Manuilova "Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi" konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müəssisələrin kimin mülkiyyətində olması, hansı formatda idarə olunması müəyyən olunmalıdır.

"Bu, vacib suala - "Nəyə görə dövlət müəssisəsi dövlət mülkiyyətindədir"? fundamental sualına cavab verəcək. Heç də bütün dövlət müəssisələri dövlət mülkiyyətində olmamalıdır. Bir sıra təcrübələr var ki, özəl sektor xidmətlərin bəzi sahələrini daha yaxşı idarə edir. Hökumət dəqiq cavab verməlidir və əsaslandırmalıdır ki, hər hansı müəssisə dövlətin mülkiyyətində niyə qalmalıdır. Düzdür, dövlət mülkiyyəti bir tərəfdən gəlir gətirməlidir, digər tərəfdən sosial funksiyanı yerinə yetirməlidir və müvafiq vəzifələr icra etməlidir"

Bank mütəxəssisi vurğulayıb ki, təhlil apararkən gördükləri problemlərdən biri maliyyə təhlilidir və dövlət müəssisələrinin qiymətləndirilməsidir: "Bu, onların idarəetmə strukturu ilə bağlıdır. Dövlət müəssisələri adətən ən böyük vergi ödəyiciləri olurlar. Hökumət müvafiq maliyyə indikatorlarına əsasən öz büdcəsini formalaşdırır. Dövlət müəssisələri dividentlər baxımından büdcə gəlirlərinə çox vacib töhfə verən tərəflərdir. Eyni zamanda, qrantlar, subsidiyalar vasitəsilə böyük vəsaitlərin istifadəçiləridir. Dövlət müəssisələri, həmçinin 3-cü tərəflərdən, investorlardan vəsaitlər cəlb edirlər. Bu vəsaitlər dövlət müəssisələr olduğuna görə, hökumət tərəfindən zəmanətli hesab olunur və odur ki, müəyyən mənada büdcəyə də fiskal risk kəsb edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR