Bu il ixrac təşviqinə görə sahibkarlara 1,7 mln. manat ödənilib

Bu il ixrac təşviqinə görə sahibkarlara 1,7 mln. manat ödənilib
# 12 iyun 2018 09:43 (UTC +04:00)

"Bu il ərzində İqtisadiyyat Nazirliyinə və AZPROMO-ya ixracın təşviqi ilə bağlı 319 müraciət daxil olub".

APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün AZPROMO-nun fəaliyyəti, “Made in Azerbaijan” brendinin təbliği sayəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən bu günə kimi ixracatçılara ixrac təşviqinə görə 1 mln. 745 min manat ödənilib: “Nəticədə 23 milyon 200 min dollar qeyri-neft məhsulları ixrac edilib”.

R. Məmmədov bildirib ki, ümumilikdə bu günə qədər 27 ölkədə “Made in Azebaijan” brendi tanıdılıb: "Burada ənənəvi bazarlarla bərabər, Kanada, Qazaxıstan, Çexiya, Avstraliya kimi bazarlar daxildir. İxrac edilən mallar əsasən təzə xurma və nar olub. Bu, ümumi ixracın 33 faizini təşkil edib. Spirtli içkilər ümumi ixracın 26 faizini, konserv və mürəbbə məhsulları 25 faizini təşkil edib”.

Nazir müavini bildirib ki, artıq Azərbaycanın iştirak etdiyi müxtəlif sərgilərdə bağlanan müqavilələr sayəsində reallaşdırılmış 3,2 mln. dollarda çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR