Azərbaycanda xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarların sayı 34% artıb

Azərbaycanda xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarların sayı 34% artıb
# 12 iyun 2018 09:59 (UTC +04:00)

"Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda xarici iqtisadi fəaliyyəti ilə məşğul olan iş adamları və sahibkarların sayı 33,6 faiz artıb".

APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün AZPROMO-nun fəaliyyəti, “Made in Azerbaijan” brendinin təbliği sayəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarların sayı 8979 nəfərə çatıb. R.Məmmədov qeyd edib ki, belə iş adamlarının sayı günbəgün artmaqdadır.

Nazir müavini bildirib ki, hazırda Azərbaycanın istehsal etdiyi 1936 adda məhsul xarici ölkələrə ixrac olunur: "Bu onun göstəricisidir ki, hər dəfə yeni məhsulların ixracına nail oluruq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR