Azərbaycanda sənaye məhsullarının ixracı 24% artıb

Azərbaycanda sənaye məhsullarının ixracı 24% artıb
# 12 iyun 2018 10:10 (UTC +04:00)

"Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda qeyri-neft ixracı 19,3 faiz artıb".

APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün AZPROMO-nun fəaliyyəti, “Made in Azerbaijan” brendinin təbliği sayəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu ilin 4 ayında kənd təsərrüfatı məhsulları 12,9%, sənaye məhsullarının ixracı isə 23,6% artıb: “Azərbaycanın böyük ixrac potensialına malikdir. Bu onun göstəricisidir ki, Azərbaycan ixrac missiyaları öz bəhrəsini verir. İnanıram ki, bu müsbət dinamika bundan sonra da davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR