Azərbaycanlı iş adamlarından ibarət ixrac missiyası İsveçrəyə səfər edəcək

Azərbaycanlı iş adamlarından ibarət ixrac missiyası İsveçrəyə səfər edəcək
# 12 iyun 2018 10:20 (UTC +04:00)

Bu ilin iyunun 25-29-da İsveçrə Konfederasiyasının Bern şəhərinə Azərbaycanın ixrac missiyası təşkil ediləcək.

APA-Economics”in məlumatına görə, bunu AZPROMO-nun sədrinin vəzifəsini icra edən Yusif Abdullayev bu gün AZPROMO-nun fəaliyyəti, “Made in Azerbaijan” brendinin təbliği sayəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu ixrac missiyasında əsasən fındıq ixracatçıları iştirak edəcək: “Ötən il 21 min tona yaxın fındıq ixrac olunub və Azərbaycan fındıq ixracında dünyada üçüncü olub”.

Qeyd edək ki, bu il Çin, Qazaxıstan, Rusiya, Fransa, Monqolustan, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə də ixrac missiyaları təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR