Gəndob-Yalama yolunda iki maşın toqquşub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəndob-Yalama yolunda iki maşın toqquşub, 2 nəfər xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 12 iyun 2018 12:18 (UTC +04:00)

Bu gün günorta saatlarında Gəndob-Yalama yolunun Şabranın Şahnəzərli kəndi ərazisindən keçən hissəsində baş verən qəzada iki nəfər xəsarət alıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar Şabranın Aygünlü kənd sakinləri 1983-cü il təvəllüdlü Həmidli Anar Aydın oğlu və Quliyev Şaq Hacıbala oğludur. Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta ağırdır.

***

12:32

Bu gün günorta saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın Şabranın Şahnəzərli kəndi ərazisində qeydə alınıb. 90 JN 027 dövlət nömrə nişanlı, “Mercedes” markalı 166 yük taksisi ilə 90 KG 143 qeydiyyatlı “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR