Bu il Azərbaycanlı iş adamlarından ibarət 13 ixrac missiyası təşkil ediləcək

Bu il Azərbaycanlı iş adamlarından ibarət 13 ixrac missiyası təşkil ediləcək
# 12 iyun 2018 10:33 (UTC +04:00)

"Bu il Azərbaycan ümumilikdə 13 ixrac missiyasında iştirak etməsi nəzərdə tutulub".

APA-Economics”in məlumatına görə, bunu AZPROMO-nun sədrinin vəzifəsini icra edən Yusif Abdullayev bu gün AZPROMO-nun fəaliyyəti, “Made in Azerbaijan” brendinin təbliği sayəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq bir ixrac missiyasında iştirak edib: “Bundan sonra daha 12 ixrac missiyası təşkil ediləcək”.

Y. Abdullayev deyib ki, Azərbaycan “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı ümumilikdə 10 vahid stendlə təmsil olunacaq: "Artıq 4 stenddə təmsil olunmuşuq, bundan sonra ölkəmiz daha 6 vahid stenddə təmsil olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR