Nazir müavini: " Müxtəlif ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması ilə bağlı təhlillər aparırıq"

Nazir müavini: " Müxtəlif ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması ilə bağlı təhlillər aparırıq"
# 12 iyun 2018 10:58 (UTC +04:00)

"Azərbaycan bir çox ölkələrdə Ticarət Evlərinin açılması ilə bağlı tədbirləri davam etdirir".

APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün AZPROMO-nun fəaliyyəti, “Made in Azerbaijan” brendinin təbliği sayəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün prioritet bazarlarda ticarət evlərinin yaradılması planlaşdırılır: “Bu il Çin Xalq Respublikasında Şərab Evinin açılması nəzərdə tutulur. Bu da bir növ Ticarət Evi olacaq. Növbəti aylarda Ukrayna və Latviyada Azərbaycan Ticarət Evinin açılışı olacaq. Bu ayın sonuna qədər Ukraynada Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur”.

Nazir müavini bildirib ki, eyni zamanda Azərbaycanın Rusiya Federasiyasında, Birləşmiş Ərəb Əmirliklərində ticarət evlərinin açılması ilə bağlı planları var: "Biz digər ölkələrdə də Ticarət Evlərinin yaradılması ilə bağlı təhlillər aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR