Bakı-Naxçıvan-Bakı reysləri üzrə aviabiletlərin onlayn satışına başlanır

Bakı-Naxçıvan-Bakı reysləri üzrə aviabiletlərin onlayn satışına başlanır
# 12 iyun 2018 11:17 (UTC +04:00)

Bu aydan Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə aviabiletlərin onlayn satışı mümkün olacaq.

APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat verib.

“Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabiletlərin onlayn satışı artıq saytımızda fəaliyyət göstərir. Bu istiqamət üzrə ekonom sinifdə baqajın daşınması norması aviaşirkətin vahid standartına uyğun olaraq qeydiyyatdan keçən baqaj 23 kiloqramadək, əl yükü - 10 kiloqramadək təşkil edir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, buna qədər Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə onlayn aviabilet satışı mümkün olmayıb. Artıq iyunun 23-dən etibarən onlayn qaydada bilet almaq mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR