Milli Məclis bəzi qanunlara dəyişikliklər edib

Milli Məclis bəzi qanunlara dəyişikliklər edib
# 12 iyun 2018 11:27 (UTC +04:00)

Milli Məclisin iclasında bir sıra qanunlara dəyişiklik edilib.

APA-nın məlumatına görə, bunlar “Normativ hüquqi aktlar haqqında", "Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə qoşulmaq haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Mülki müdafiə haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Siyasi partiyalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlara dəyişikliklərdir.

Layihələr texniki və uyğunlaşdırıcı dəyişiklikləri əhatə edib. Sənədlər ayrılıqda səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR