Quba sakinini bıçaqlayan şəxs tutulub

Quba sakinini bıçaqlayan şəxs tutulub
# 12 iyun 2018 11:51 (UTC +04:00)

Quba rayonunun Zərdabi kənd sakinini bıçaqlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, iyunun 11-də gecə saatlarında rayonun Zərdabi kənd sakini Eldəniz Dadaşov döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə daxilə nüfuz edən xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat olunub.


Bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. “İsti izlər”lə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kəndin sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Kamran Ağasıyev saxlanılaraq polis şöbəsinə aparılıb. Araşdırma zamanı o, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini bildirib. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.


Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR