Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri işdən çıxıb

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri işdən çıxıb
# 12 iyun 2018 12:07 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, o öz ərizəsi ilə işdən ayrılıb.

N. Qurbanov 27 ildir dövlət qulluğundadır, 11 il komitənin Aparat rəhbəri kimi çalışıb, ölkə başçısı tərəfindən Tərəqqi və "Dövlət qulluğunda fərqlənmə" medalları ilə təltif olunub.

Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR