Budəfəki hərracda 20 dövlət əmlakı özəlləşdirilib

Budəfəki hərracda 20 dövlət əmlakı özəlləşdirilib
# 12 iyun 2018 13:21 (UTC +04:00)

Bu gün dövlət əmlakının özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərracda 20 dövlət əmlakı satılıb. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 4-ü isə nəqliyyat vasitəsidir.

Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, ölkənin digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili özəlləşdirilib.

İlkin start qiyməti 30 min manat olan Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi sonda 45 min 300 manata özəlləşdirilib.

Bundan başqa, paytaxtın Nəsimi rayonun Əlövsət Quliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracında ilkin start qiyməti 6 min manat olmasına baxmayaraq əmlak 6 min 200 manata özəlləşdirilib. Ümumilikdə özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtın müxtəlif bölgələrini əhatə edərək, Sabunçu, Nərimanov, Nəsimi rayonlarında yerləşir.

Budəfəki hərracda da müxtəlif növ nəqliyyat vasitələri sahiblərini tapıb. Özəlləşən maşınlar Rusiya, Amerika və Almaniya istehsalıdır. Buraxılış tarixləri isə 1994-2010-cu illəri əhatə edib.

Qeyd edək ki, qeyri-iş günləri ilə əlaqədar olaraq növbəti hərrac iyunun 20-si keçiriləcək. İnvestorlar seçimini 114 dövlət əmlakı üzrə aparacaqlar. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 38-i kiçik dövlət müəssisə və obyekti, 48-i istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR