Zaqatalada leysan yağışlar dağda uçquna səbəb olub

Zaqatalada leysan yağışlar dağda uçquna səbəb olub
# 12 iyun 2018 14:13 (UTC +04:00)

Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gecə yağan intensiv leysan yağışlar nəticəsində rayonun Mazıx kənd inzibati ərazisindəki dağlıq ərazidə qaya və daş parçaları uçaraq ərazidən keçən Zaqatala-Mazıx-Qəbizdərə yolunu bağlayıb.

Yolun bağlanması səbəbindən Qəbizdərə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi 6 saata yaxın kəsilib. Əraziyə cəlb edilən texnika və canlı qüvvə saat 10 radələrində yolda qaya və daş parçalarını təmizləndikdən sonra gediş-gəliş bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR