İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində monitorinq keçirib
# 12 iyun 2018 14:23 (UTC +04:00)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində monitorinq keçirib.

Komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, monitorinqdə onu ictimai komitənin sədr müavini Elçin Şirinov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və ekspert Qartal Hüseynov müşayiət edib. Komitə nümayəndələri Baş İdarənin saxlanma yerinə baxış keçirib: “İdarədə saxlanılan yox idi. Saxlanma yeri yeni təmir olunub və dünya standartlarına uyğun qurulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR