İrandan Biləsuvara qaçaq yolla keçirilən xeyli miqdarda narkotik aşkarlanıb

İrandan Biləsuvara qaçaq yolla keçirilən xeyli miqdarda narkotik aşkarlanıb
# 12 iyun 2018 14:34 (UTC +04:00)

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 9 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də rayonun Səmədabad kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı Almaz Rizayev saxlanılıb.

Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kiloqram 415 qram narkotik maddə olan tiryək və 286 qram narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla A. Rizayevin narkotik vasitəni İran İslam Respublikasından Biləsuvar rayonu ərazisinə qaçaq yolla keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR