Gürcüstanın Azərbaycana borcu dəyişməz qalıb

 Gürcüstanın Azərbaycana borcu dəyişməz qalıb
# 12 iyun 2018 14:48 (UTC +04:00)

Cari ilin mayın 31-nə olan məlumata əsasən Gürcüstanın Azərbaycana olan borcu 8,495 milyon dollar təşkil edir.

APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonşu ölkənin Azərbaycana borcu aylıq müqayisədə dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 169,029 milyon dollardır ki, bu məbləğin 5 milyard 084,030 milyon dolları hökumətin payına düşür.

Ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (284,314 milyon dollar), Yaponiya (217,514 milyon dollar) və Fransa (204,049 milyon dollar) daxildir.

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana borcu da aprel ayı ilə müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 16,281 milyon, 68,159 milyon və 9,710 milyon dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR