Qırğızıstanda DYƏT Nazirlər Müşavirəsinin 46-cı sessiyası keçirilib

Qırğızıstanda DYƏT Nazirlər Müşavirəsinin 46-cı sessiyası keçirilib
# 12 iyun 2018 15:12 (UTC +04:00)

Qırğızıstanın paytaxtı Bişkekdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Nazirlər iclasının 46-cı sessiyası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, sessiyada DYƏT üzvü olan 24 ölkənin – Azərbaycan, Belarus, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Gürcüstan, Koreya Xalq Demokratik Respublikası, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Moldova, Monqolustan, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Tacikistan, Türkmənistan, Ukrayna və Vyetnamın, eləcə də bu nəqliyyat sahəsi üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyətinə Hüquq şöbəsinin müdiri Nicat Quliyev başçılıq edib.

Sessiyada Koreyanın DYƏT-ə üzv qəbul edilməsi haqqında; 2017-ci il üzrə DYƏT-in fəaliyyətinə dair hesabat haqqında; 2017-ci il üzrə DYƏT Təftiş komissiyasının hesabatı haqqında; 2017-ci ildə DYƏT Nəqliyyat siyasəti və strategiyası üzrə komissiyasının gördüyü işlərin nəticələri haqqında; 2017-ci ildə DYƏT Nəqliyyat hüququ üzrə komissiyasının gördüyü işlərin nəticələri haqqında; “Avropa-Asiya istiqaməti üzrə intermodal daşımalarının təşkilinə və istismarına dair razılaşmaya” dəyişikliklərin edilməsi haqqında; “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” mətninin qəbuluna dair Beynəlxalq konfransın gedişatı haqqında; BMT-nin Avropa İqtisadi Komissiyasının “Avropada və Avropa-Asiya nəqliyyat dəhlizlərində vahid dəmir yolu hüququna dair” fəaliyyətinin gedişatı haqqında DYƏT Komitəsi sədrinin məlumatı; Peşəkar tədris/hazırlıq üzrə Müvəqqəti işçi qrupunun fəaliyyətinin gedişatı haqqında; 2019-cu il və sonrakı illər üzrə DYƏT-in Fəaliyyət proqramı haqqında; Üzvlük haqqının ödənilməsi haqqında; DYƏT Komitəsi büdcəsinin 2018-ci il üzrə son variantı, 2019-cu il üçün isə ilkin variantı haqqında; DYƏT Komitəsi rəhbərliyinin təyin edilməsi haqqında; Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Nazirlər Müşavirəsinin 47-ci sessiyasının ilkin gündəliyi, keçirilmə yeri və tarixi haqqında məsələlər müzakirə edib, müvafiq qərarlar qəbul olunub.

Sessiya zamanı Azərbaycan nümayəndə heyətinin işlədiyi təkliflər və qeydlər əsasında “Azərbaycan Dəmir Yolları” QSC üçün mühüm olan qərarlar qəbul edilib. Həmçinin, sessiyada Koreyanın DYƏT-ə üzv qəbul edilməsi qərara alınıb.

Tədbirin sonunda müvafiq protokol imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR