Dopinq və idman haqqında qanunlara dəyişiklik edilib

Dopinq və idman haqqında qanunlara dəyişiklik edilib
# 12 iyun 2018 15:34 (UTC +04:00)

Milli Məclisin iclasında "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev məlumat verib.

Layihələrdə milli antidopinq qrupunun yaradılması, antidopinq qanunvericiliyinin pozulmasının profilaktikası və qarşısının alınması, qadağan olunmuş dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək və sair məsələlər yer alıb.

Layihələr səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR