Çempionlar Liqasının ilkin mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının ilkin mərhələsinin püşkü atılıb
# 12 iyun 2018 15:55 (UTC +04:00)

2018-19 avrokubok mövsümünün ilk püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında ilkin mərhələnin cütlükləri müəyyənləşib.

Bu mərhələdə 4 komanda iştirak edəcək və onlardan yalnız 1-i növbəti mərhələyə adlayacaq. Yeni formata görə, əvvəlcə iyunun 26-da yarımfinal görüşləri olacaq. Qaliblər 3 gün sonra final matçında üz-üzə gələcək və qələbə qazanan komanda adını I təsnifat mərhələsinə yazdıracaq. Həmin klub eyni zamanda Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibinə çevriləcək.

Məğlub 3 komanda isə Avropa Liqasının II təsnifat mərhələsinə yollanacaq.

Çempionlar Liqası

Çempionlar yolu. İlkin mərhələ

Yarımfinal, 26 iyun

“FK Santa Koloma” (Andorra) - “Drita” (Kosovo)

“La Fiorita” (San-Marino) - “Linkoln” (Cəbəllütariq)

Final, 29 iyun

“La Fiorita” (San-Marino)/“Linkoln” (Cəbəllütariq) - “FK Santa Koloma” (Andorra)/“Drita” (Kosovo)

İlkin mərhələnin bütün oyunları Cəbəllütariqdəki “Viktoriya” stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR