Rəsədxana: Geomaqnit sahə sakit olaraq qalır

Rəsədxana: Geomaqnit sahə sakit olaraq qalır
# 12 iyun 2018 15:58 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası günün kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan APA-ya verilən məlumata görə, (kosmik hava durumu) - Günəş aktivliyi çox aşağı səviyyədədir, Günəş diski ləkəsizdir.

Məlumatda bildirilir ki, Günəş küləyi parametrləri normal şəraitin davam etdiyini göstərir, Günəş küləyi sürəti 300 km/san ətrafında dəyişir və Geomaqnit sahə sakit olaraq qalır.

Qeyd olunub ki, (kosmik hava proqnozu) Günəş aktivliyinin növbəti üç gün ərzində (12-14 iyun) çox aşağı səviyyədə davam etməsi gözlənilir: “Proqnoz dövrünün ilk iki günü (12-13 iyun) Günəş küləyi mühitində mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliyindən Yüksək Sürətli Axınlar) effektinin zəif də olsa təsirinin hiss olunmasına baxmayaraq, üçüncü günü (14 iyun) şəraitin yenidən fon səviyyəsinə qayıdacağı gözlənilir. Proqnoz dövrünün birinci gününün əvvəlində (12 iyun) geomaqnit sahə sakit olsa da, günün sonuna yaxın CH HSS-in zəif təsiri səbəbindən nisbətən nizamsız həyəcanlanmalara məruz qala bilər. Növbəti ikinci gün də (13 iyun) bu şəkildə başlaya bilər, üçüncü gün isə (14 iyun) Günəş küləyinin normal parametrlərə yaxın mühiti fonunda əsasən sakit olacağı gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR