Serbiya prezidenti: "Cənub-Şərqi Avropada enerji təhlükəsizliyini təminat altına alırıq"

Serbiya prezidenti: "Cənub-Şərqi Avropada enerji təhlükəsizliyini təminat altına alırıq"
# 12 iyun 2018 17:24 (UTC +04:00)

"TANAP-ın digər bölgələrin də enerji təhlükəsizliyinə töhfə verəcəyinə inanıram".

APA-nın məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində çıxışında deyib.

O bildirib ki, bu layihə ilə Cənub-Şərqi Avropada vacib addım atılıb: "Avropanın bu sahəsində enerji təhlükəsizliyini qarantiya altına alırıq. Bütün bunlar işbirliyimizə töhfə verəcək.

Serbiya bu kimi layihələrə qatılmağa böyük maraq göstərən ölkədir.

Enerji axınının davamlılığı tək Serbiya deyil, bu bölgənin enerji təhlükəsizliyi baxımından çox önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR