İsveçrədə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə poçt markası buraxılıb

İsveçrədə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
# 12 iyun 2018 19:26 (UTC +04:00)

İsveçrədə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə poçt markası buraxılıb.

Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən xəbərə görə, bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post” AG) arasında əldə edilib.

Azərbaycan Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və ölkəmizin səfirliyi tərəfindən istifadə ediləcək. Eyni zamanda, Azərbaycanın Cenevrədəki BMT bölməsinə, digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR