Parisdə insanları girov götürən şəxs saxlanılıb

Parisdə insanları girov götürən şəxs saxlanılıb
# 13 iyun 2018 01:57 (UTC +04:00)

Parisdə polis 3 nəfəri girov götürmüş şəxsi saxlayıb. APA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bunu Fransa DİN rəhbəri Jerar Kolomb deyib.

Girov götürülmüş şəxslərin həyatına heç bir təhlükə olmadığı bildirilir.

BFMTV telekanalının xəbərinə görə, saxlanılan şəxsin psixi pozuntusu olub. O girovlardan birinin üstünə benzin tökərək yandırmaqla hədələyib.

Bəzi mənbələr onun mərakeşli olduğunu bildirir.

Bundan əvvəl girov götürülənlərin arasında hamilə qadının olduğu bildirilmişdi. Həmçinin bildirilmişdi ki, cinayətkar İran səfirliyi ilə əlaqə yaradılmasını tələb edib.

İnsidentin səbəbləri və təfərrüatları hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR