“Azəristiliktəchizat” auditor axtarır

“Azəristiliktəchizat” auditor axtarır
# 13 iyun 2018 07:41 (UTC +04:00)

“Azəristiliktəchizat” ASC ötən ilin dekabrın 31-ə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

APA-Economics”in məlumatına görə, iştirak etmək istəyənlər iyun ayının 19-dan gec olmamaq şərti ilə sənədləri təqdim etməlidir.

Qeyd edək ki, iddiaçılar kotirovka sorğusunu “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 nömrəli inzibati binasına təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR