Qəbələdə güclü sel piyada və avtomobil körpüsünü yararsız hala salıb

Qəbələdə güclü sel piyada və avtomobil körpüsünü yararsız hala salıb
# 13 iyun 2018 07:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları nəticəsində Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilİB. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR