Qəbələ sakinindən sənədsiz odlu silah götürülüb

Qəbələ sakinindən sənədsiz odlu silah götürülüb
# 13 iyun 2018 08:14 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Vəndam qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlimran Mirzalıyevdən 1 ədəd, müvafiq sənədləri olmayan təklülə, qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR