DİM dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçirəcək

DİM dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçirəcək
# 13 iyun 2018 08:57 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30 iyunda inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

İmtahanda iştirak etmək üçün qeydiyyat 20 iyun saat 18:00-dək davam edəcək.

13 iyun saat 10:30-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 99, BB vəzifə qrupu üzrə 306 nəfər olmaqla, ümumilikdə 405 nəfər qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR