DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək

DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək
# 13 iyun 2018 10:11 (UTC +04:00)

“Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək”.

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov bildirib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir. O bildirib ki, təkliflər hələlik müzakirə mərhələsindədir: “Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”.

S. Muxtarov qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR