Dövlət Gömrük Komitəsi struktur dəyişikliyinə hazırlaşır

Dövlət Gömrük Komitəsi struktur dəyişikliyinə hazırlaşır
# 13 iyun 2018 10:25 (UTC +04:00)

“Dövlət Gömrük Komitəsi struktur dəyişikliyinə hazırlaşır”.

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov bildirib.

Onun sözlərinə görə, Komitə mütəmadi olaraq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. “Hazırda Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişikliyi ilə bağlı tədbirlər hazırlanır. Bu struktur dəyişikliyi gömrük sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsinə yönələcək,” – deyə S. Muxtarov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR