Bakıda “Son zəng” günü orta məktəblərə polis nəzarəti gücləndiriləcək.
Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.
O qeyd edib ki, son zənglə əlaqədar iyunun 14-də Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq. Həmçinin “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
S. Bağırov "Son zəng" günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bildirib.
Qeyd edək ki, bu il Azərbaycanda 83001 şagird 11-ci sinifi bitirəcək.
Səhlab Bağırov: “Sabah Bakı məktəbləri polis nəzarətində olacaq”
13 iyun 2018 10:44 (UTC +04:00)
Hadisə
Cəlilabadda maşın ağaca çırpılıb, xəsarət alanlar var
20:10
25 aprel 2024
Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
17:54
25 aprel 2024
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO
17:53
25 aprel 2024
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur
15:47
25 aprel 2024