DİN Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda məlumat yayıb

DİN Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda məlumat yayıb
# 13 iyun 2018 11:11 (UTC +04:00)

Daxili İşlər Nazirliyi iyunun 12-də Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 12-də saat 06 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşüb. Nəticədə Z. Şahmuradov və sərnişinləri - Şəmkir rayon sakinləri Gülnar İsmayılova və azyaşlı Mustafa İsmayılov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR