Aİ rəsmisi: "Fərqli mənbələrdən enerji almağa ehtiyacımız var"

Aİ rəsmisi: "Fərqli mənbələrdən enerji almağa ehtiyacımız var"
# 13 iyun 2018 11:50 (UTC +04:00)

"Avropa İttifaqı enerji olan tələbatının 53%-ni idxal hesabına təmin edir".

"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən "Cənub Qaz Dəhlizi və Şimali-şərqi Enerji Təhlükəsizliyi" beynəlxalq konfransında Avropa İttifaqının rəsmisi Erik Somelar deyib.

"Avropa İttifaqı çox iddialı plana əsasən iqtisadi qüvvəyə çevrilməyə çalışır. İlk növbədə Avropa İttifaqı azad bazar, rəqabət və qanunun aliliyi deməkdir. Aİ Enerji İttifaqı sahəsində siyasətini formalaşdırır. Avropa İttifaqı enerjiyə olan tələbatının 53%-ni idxal hesabına təmin edir. Aİ təbii qazın 69%, neftin isə 79%-ni idxal edir. Bundan başqa, Aİ üzvlərdən və kənar təchizatçılardan çox asılıdır. Aİ-nin enerjiyə sərf etdiyi vəsait 1 milyard avrodan çoxdur. Və bizim fərqli mənbələrdən enerji almağa ehtiyacımız var", - deyə E.Somelar vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR