Bəşər Əsəd: “ABŞ-ın müdaxiləsi Suriyanın cənubunda atəşkəs razılaşmasını pozur”

Bəşər Əsəd: “ABŞ-ın müdaxiləsi Suriyanın cənubunda atəşkəs razılaşmasını pozur”
# 13 iyun 2018 21:43 (UTC +04:00)

Suriya prezidenti Bəşər Əsəd ölkənin cənubunda lokal atəşkəsə dair razılaşmanın pozulmasında məsuliyyəti ABŞ-ın üzərinə qoyub.

APA-nın məlumatına görə, bu barədə B.Əsəd İranın “Al Alam” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail sülh nizamlanması prosesini pozmaq məqsədilə silahlılara təzyiq göstərirlər.

“Suriyanın cənubunda lokal atəşkəsə nail olunmasa bu region güc yolu ilə azad ediləcək”, deyə Suriya prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR